• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Qocalmanı sürətləndirən gündəlik vərdişlər 

CƏMİYYƏT

16 Sentyabr 2025 | 14:27

Qocalmanı sürətləndirən gündəlik vərdişlər 

Qocalmanı sürətləndirən gündəlik vərdişlər açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, rutin fiziki və zehni fəaliyyət orqanizmin qocalma prosesini sürətləndirə bilər.

Mütəxəssislərin fikrincə, fiziki fəaliyyəti tamamilə sadə yerişlə əvəz etmək gələcəkdə koordinasiyanın azalmasına, tarazlığın itirilməsinə və sümük sıxlığının azalmasına səbəb ola bilər.

Xüsusilə qocalıqda düzgün olmayan ayaqqabı geyinmək də təhlükəli faktor ola bilər, çünki yıxılma və ayaq problemləri riskini artırır.

Başqa bir gözlənilməz təhlükə krossvordlara olan həvəs göstərilib. Qeyd olunub ki, beyin üçün faydalarına baxmayaraq, zaman keçdikcə bu fəaliyyət intellektual problem olmaqdan çıxır, buna görə də yeni sinir əlaqələrinin formalaşması dayanır. Həkimlər onu digər zehni fəaliyyət növləri ilə əvəz etməyi məsləhət görürlər.

Əlavə edilib ki, qulaqlıqda musiqi dinləmək konsentrasiyanı azalda bilər və eşitməyə mənfi təsir göstərir. Bundan əlavə, konservləri açarkən və ya ağır əşyalar daşıyarkən mütəmadi olaraq kömək istəməyin insanın tutma gücününü zəiflətdiyi vurğulanıb.

Vaxtından əvvəl qocalmağa kömək edən digər vərdişlər arasında pəncərələri daim pərdələrlə bağlamaq və kifayət qədər günəş işığına icazə verməmək, yalnız isti aylarda günəşdən qoruyucu vasitələrdən istifadə etmək və dili fırçalamamaq daxil edilib.

Alimlərin fikrincə, sonuncu amil ağız sağlamlığının pisləşməsinə və ürək xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Əvvəlki tədqiqatlar göstərib ki, ağız mikrobiomunda pozuntular orqanizmdə iltihabın artması ilə əlaqələndirilir. İltihabi proseslər, öz növbəsində, ürəyin və qan damarlarının işinə mənfi təsir göstərir.

Mina Mikayılova


SON XƏBƏRLƏR