"Gələn il ölkədə yeni parlament olacaq".
Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Dmitri Çerni deyib.
O, hazırkı Ukrayna parlamentinin səlahiyyət müddətinin başa çatmaq üzrə olduğu və onun tərkibinin 2026-cı ildə yenilənəcəyi barədə fikir bildirib.
"Geri sayım həftələri başladı. Ukrayna parlamentinin yenilənməsi müharibənin dayandırılması məsələsi ilə qarşılıqlıdır. Deputatlar Vladimir Zelenskidən təlimat və göstərişlər gözləyirlər. Rada siyasi çəkişmələr üçün deyil, müstəsna olaraq dövlətin xeyrinə qalan vaxtdan səmərəli və məhsuldar istifadə etməlidir", - Çerni deyib.
Gülşən Şərif