• Bakı 19° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Şərtlərimiz yerinə yetirilməsə, Qəzza məhv ediləcək - Katz

DÜNYA

16 Sentyabr 2025 | 16:38

Şərtlərimiz yerinə yetirilməsə, Qəzza məhv ediləcək - Katz

İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın silahı yerə qoymayacağı və girovları azad buraxmayacağı təqdirdə, Qəzzanı məhv etməklə hədələyib.

Bakıvaxtı.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, Katz Qəzza şəhərinin HAMAS-ın simvolu olduğunu bildirib.

    “Biz HAMAS-dan iki şey istəyirik: girovları azad etsin və silahı yerə qoysun. Biz Qəzzanı ələ keçirmək istəyirik. Çünki Qəzza HAMAS-ın simvoludur. Qəzza süqut etsə, HAMAS da süqut edəcək”,- Katz vurğulayıb.

    O, HAMAS-ın keçmiş liderləri olan Yəhya və Məhəmməd Sinvar qardaşlarını misal gətirərək xəbərdarlıq edib ki, əgər HAMAS-ın yeni hərbi lideri İzzəddin Həddad da sələfləri ilə eyni yolu getsə, Qəzza məhvə sürüklənəcək.


    SON XƏBƏRLƏR