• Bakı 13° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Vuçiç Rusiya kəşfiyyatına təşəkkür edib

DÜNYA

16 Sentyabr 2025 | 13:20

Vuçiç Rusiya kəşfiyyatına təşəkkür edib

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ölkələrinin ölkədə “Maydan” hazırlaması ilə bağlı məlumata görə Rusiya Xarici Kəşfiyyat Xidmətinə (SVR) təşəkkür edib və Serbiya kəşfiyyatının bu barədə rusiyalı tərəfdaşları ilə əlaqə saxlayacağını bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Vuçiç Yaponiyaya səfəri zamanı Serbiya mətbuatına verdiyi açıqlamada bu barədə danışıb.

    “Rusiyalı tərəfdaşlarımıza məlumat üçün təşəkkür edirik. Bizim xidmət onlarla əlavə əlaqə saxlayacaq. Biz Serbiyanı qoruyacağıq, müdafiə edəcəyik və təhlükəsizliyini təmin edəcəyik”, - Vuçiç deyib.


    SON XƏBƏRLƏR

    03 Noyabr 2025