q
  • Bakı 10° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Azərbaycanın qadınlardan ibarət millisi Moldovaya qalib gəlib

İDMAN

16 Sentyabr 2025 | 20:30

Azərbaycanın qadınlardan ibarət millisi Moldovaya qalib gəlib

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Yığmanın digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.  

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.


SON XƏBƏRLƏR

29 Aprel 2026