• Bakı 19° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sumqayıtda baş verən qətlin təfərrüatları açıqlandı - YENİLƏNİB

HADİSƏ

17 Sentyabr 2025 | 09:30 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda baş verən qətlin təfərrüatları açıqlandı - YENİLƏNİB

Sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında bildirilib.

    Qeyd edilib ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlü Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

    ***

    01:42

    Sumqayıtda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

    Bakıvaxtı.az məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, İlkin Şakir oğlu Atakişiyev əvvəlcə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Yeganə Bəxtiyar qızı Atakişiyevanı, sonra isə özünü öldürüb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

    ***

    00:34

    Sumayıtda qadın (ad və soyadı dəqiqləşdirilir-red) qətlə yetirilib.

    Bakıvaxtı.az məlumat verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

    Onu qətlə yetirməkdə əri şübhəli bilinir.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır./report


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Sentyabr 2026