• Bakı 19° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Məhkəmə yekunlaşdı - iş adamlarına hökm oxundu

HADİSƏ

17 Sentyabr 2025 | 13:46

Məhkəmə yekunlaşdı - iş adamlarına hökm oxundu

Müdafiə nazirinin sabiq müavini, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov 11 il müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.

İttihama görə, mərhum general Fuad Məmmədov iki şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. Məhkəmə müttəhim Fuad Məmmədovun oğlunu hüququ varisi kimi tanıyıb.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub.

Onun Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə),  341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

F.Məmmədov 2020-ci ildə vəfat edib.


SON XƏBƏRLƏR