• Bakı 17° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Kürdəmirdə uşaq bağçası YANDI

HADİSƏ

17 Oktyabr 2025 | 08:41

Kürdəmirdə uşaq bağçası YANDI

Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir.

Məlumata görə, şəhərdə fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025