Sabirabadda qətl törədilib.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətin aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



