• Bakı 16° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb

HADİSƏ

17 Oktyabr 2025 | 11:18

Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib.

    Proseslərdə anket məlumatları dəqiqləşdirilib.

    Hazırlıq iclası oktyabrın 24-də davam etdiriləcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində rayon məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    16 Oktyabr 2025