Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün Xətai rayonunun Gəncə prospektində baş verib.
Əqli qüsurlu olduğu bildirilən 1938-ci il təvəllüdlü V.Rüstəmova yaşadığı binanın 6-cı mərtəbəsindəki evinin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.