• Bakı 16° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Yasamalda baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb

HADİSƏ

17 Oktyabr 2025 | 11:53

Yasamalda baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

16 Oktyabr 2025