• Bakı 16° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Bakıda məktəbli bıçaqlanıb, həmyaşıdı tutulub - YENİLƏNİB

HADİSƏ

17 Oktyabr 2025 | 12:18

Bakıda məktəbli bıçaqlanıb, həmyaşıdı tutulub - YENİLƏNİB

Bakıda bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən apa-ya verilən məlumata görə,  oktyabrın 15-də 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub.

    Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) pasiyent əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

    ***

    11:00

    Bakıda məktəbli bıçaqlanıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində orta məktəbin qarşısında baş verib. 11-ci sinif şagirdi M.S. və S.S. mübahisə edib. Nəticədə şagird həmyaşıdını bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.S. polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma başlanılıb.


    SON XƏBƏRLƏR

    16 Oktyabr 2025