• Bakı 25° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Paytaxtda itkin düşən şəxs axtarılır

HADİSƏ

18 Avqust 2025 | 16:20

Paytaxtda itkin düşən şəxs axtarılır

Paytaxt sakini itkin düşüb.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nəsimi rayonu sakini 51 yaşlı İlham Səfərov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    İ.Səfərovun əlamətləri: boyu 161 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində idman üslublu, tünd boz rəngli şalvar və açıq boz rəngli idman köynəyi olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

    Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 441-23-80, (012) 440-02-02 şəhər nömrələri və (050) 339-03-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


    SON XƏBƏRLƏR