• Bakı 28° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Kürdəmirdə istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ

HADİSƏ

20 Iyul 2025 | 00:32

Kürdəmirdə istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.


SON XƏBƏRLƏR

19 Iyul 2025