• Bakı 31° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Beyləqanda POLİS ƏMƏLİYYATI: 16 kiloqram marixuana və həşiş...

HADİSƏ

19 Avqust 2025 | 08:50

Beyləqanda POLİS ƏMƏLİYYATI: 16 kiloqram marixuana və həşiş...

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən “bildirilib.

Verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb.

Onun üzərində kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında həmin şəxsin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

18 Avqust 2025