Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
"Lesnoy qəsəbəsində aparılan xilasetmə əməliyyatları zamanı daha bir şəxsin meyiti çıxarılıb. Zərəçəkənlərin ümumi sayı 158 nəfərdir, onlardan 25 nəfər ölüb", - məlumatda deyilir.
Qeyd edək ki, hadisə avqustun 15-də səhər saatlarında baş verib. Müəssisənin istehsalat sexlərindən birində alışma və ardınca yanğın baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.