• Bakı 29° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Qonşular arasında kütləvi dava: xəsarət alanlar var

HADİSƏ

19 Iyul 2025 | 15:07

Qonşular arasında kütləvi dava: xəsarət alanlar var

Gəncə şəhərində qonşular arasında düşən dava üç nəfərin xəsarət alması ilə nəticələnib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə, təxminən saat 23:50-də qeydə alınıb.

Belə ki, şəhərin Bağman yaşayış massivində yaşayan qonşular arasında düşən əlbəyaxa dava nəticəsində 1967-ci il təvəllüdlü Bəxtiyar Qasımov, 1964-cü il təvəllüdlü Məmmədəli Bağırov və 1971-ci il təvəllüdlü Kəmalə Qasımova xəsarət aldıqları üçün xəstəxanaya çatdırılıblar.

Hadisənin baş verməsinə səbəb Məmmədəli Bağırovun sərxoş vəziyyətdə söyüş söyməsi olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026