Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən yayınmaq istəyən çağırışçıların qanını öz qanı ilə dəyişdirən talassemiyalı lobarantla bağlı məsələyə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun “Qafqazinfo”ya verdiyi məlumata görə, sözügedən məsələdən xəbərdardırlar.
Bildirilib ki, hərbi xidmətdən yayınma ilə bağlı bütün məsələlər araşdırılır: “Bu istiqamətdə Baş Prokurorluqla birgə kompleks tədbirlər görülür. Bu kimi faktlar da ortaya çıxdığı halda təqsirkar şəxs məsuliyyətə cəlb edilir”.