Dünən saat 14:20 radlələrində 2022-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
Sumqayıt Tibb Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub. Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
***
22.03.2025 23:31
Sumqayıtda 3 yaşlı körpə ölüb.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Xəzri yaşayış massivində yerləşən fərdi evdə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı pisləşib.
O, Sumqayıt Uşaq Xəstəxanasına gətirilərkən yolda ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır