• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Şəkidə ağır qəza - 1 ölü, 2 yaralı - YENİLƏNİB

HADİSƏ

22 Aprel 2025 | 10:52

Şəkidə ağır qəza - 1 ölü, 2 yaralı - YENİLƏNİB

Aprelin 22-də saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdiribiliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 04:20-də ölüm faktı qeydə alınıb.

    Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir.

    ***

    09:02

    Şəkidə ağır yol qəzası baş verib; ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib.

      Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

      Qəza zamanı sürücü T. Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə və azyaşlının xalası oğlu 2010-cu il təvəllüdlü Fəqan Şahin oğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü T. Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.

      Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


      SON XƏBƏRLƏR