İmişli sakininin yaşadığı evdə güllələnmiş meyiti aşkar edilib.
Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cavadxanlı kəndində baş verib.
Kənd sakini, 54 yaşlı Hüseynov Elşad İsmayıl oğlunun meyiti yaşadığı evdə tapılıb. Baxış zamanı meyitin üzərində güllə yaraları müəyyən olunub.
Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.