• Bakı 20° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Qarabağ kanalında batan yeniyetmənin axtarışı davam etdirilir - VİDEO

HADİSƏ

20 Iyun 2025 | 17:02

Qarabağ kanalında batan yeniyetmənin axtarışı davam etdirilir - VİDEO

Xəbər verildiyi kimi, iyunun 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    "Hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir", məlumatda deyilir.


    SON XƏBƏRLƏR