• Bakı 24° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Yevlaxda 12 otaqlı ev YANDI: Tüstüdən zəhərlənən var

HADİSƏ

21 Iyun 2025 | 08:41

Yevlaxda 12 otaqlı ev YANDI: Tüstüdən zəhərlənən var

Yevlax şəhərində yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR