“Met Invest” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Bakıvaxtı.az İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla da, parkda rezidentlərinin sayı 29-a çatıb.
Şirkət illik istehsal gücü 144 min ton olan armatur, künclük və polad məftil istehsalı zavodu inşa edəcək. İnvestisiya dəyəri 18 milyon manat olan müəssisədə 150 nəfərlik daimi iş yeri yaradılacaq. Müəssisədə Avropa, Türkiyə, Çin texnologiyalarından istifadə ediləcək və məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.