• Bakı C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Premyer Liqadan dünya çempionatına kimi - TƏQVİM

İDMAN

23 Dekabr 2024 | 17:45

Premyer Liqadan dünya çempionatına kimi - TƏQVİM

Dünya Karate Federasiyası (WKF) gələn il üçün yarışların təqvimini təqdim edib.

Həm K1 reytinq turnirləri, həm də dünya çempionatı mövsümün tədbirlərlə zəngin olacağını vəd edir. Əlbəttə ki, ən çox gözlənilən hadisə Azərbaycan qadın komandasının lideri İrina Zaretskanın analıq məzuniyyətindən sonra tatamiyə qayıtması olacaq.

Bakıvaxtı.az xəbər verir ki, təqvimə uyğun olaraq, yarışlar hər ay keçiriləcək.

Mövsümün kulminasiya nöqtəsi isə ilin sonuna yaxın - noyabrın 27-30-da Qahirədə keçiriləcək dünya çempionatı olacaq.

Mövsümün açılışı yanvarın 10-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək A seriya turniri ilə start götürəcək. Təqvimdə cəmi 27 yarış nəzərdə tutulub.

Əsas hadisə karatedə ən prestijli seriya - Premyer Liqa olacaq. Bu il yarış Paris (Fransa), Hançjou (Çin), Qahirə (Misir) və Rabatda (Mərakeş) baş tutacaq. İyunun 1-də isə Mərakeşin paytaxtında yeni qaliblər mükafatlandırılacaqlar.

A seriyasına gəlincə, Tbilisidən başqa, ona Larnaka (Kipr), Zalsburq (Avstriya) və Kuala Lumpur (Malayziya) ev sahibliyi edəcək.

Gənclər liqası beş mərhələdən ibarət olacaq: Fucayra (BƏƏ), Qvadalaxara (İspaniya), Poreç (Xorvatiya), Monterrey (Meksika) və Venesiya (İtaliya).

Eyni zamanda dünya çempionatına vəsiqə qazanmaq üçün karateçilər turnirlərdə, o cümlədən Premyer Liqanın mərhələlərində xal toplamalı olacaqlar.

Qitə çempionatları da dünya çempionatının seçmə mərhələsi statusu daşıyacaq ki, bu da onların əhəmiyyətini daha da artırır.

Karate, həmçinin avqustda Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarının proqramında yer alacaq.


SON XƏBƏRLƏR