Türkiyənin "Fənərbağça" klubu Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Şkrinyarı heyətinə qatır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçi ilə anlaşıb. Oyunçu bu gün İstanbulda olacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyənin digər nəhəng klubu "Qalatasaray" da Şkrinyarla maraqlanıb.