• Bakı -0° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Haaland "Real"la matçda niyə oynamadı?

İDMAN

20 Fevral 2025 | 23:30

Haaland Realla matçda niyə oynamadı?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haalandın Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Real"a qarşı oynamamasının səbəbini açıqlayıb. 

Bakıvaxtı.az "Manchester Evening News"a istinadən xəbər verir ki, mütəxəssis deyib: 

"Matçdan öncə Erlinq məşq etməyə çalışırdı, lakin o, "Nyukasl"la matçda zədələnmişdi. Hesab edirəm ki, çəkilən şəkillər onun yaxşı halda olduğunu göstərir, amma o, gəzərkən və pilləkəndən düşərkən ağrıyırdı. Oyundan əvvəl mənə dedi ki, özünü pis hiss edir və hazır deyil". 

Qeyd edək ki, Erlinq Haaland İngiltərə Premyer Liqasının 25-ci turunda "şəhərlilər"in "Nyukasl"la matçının (4:0) 88-ci dəqiqəsində dizdən zədələnərək əvəz olunmuşdu. /Qol.az


SON XƏBƏRLƏR