• Bakı C

    11.69 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı

İDMAN

22 Mart 2025 | 17:07

AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı

AFFA “Hindarx” (Ağcabədi) klubunun U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, buna komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.

Həmin futbolçuların 2024/2025 mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, “Hindarx” komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.


SON XƏBƏRLƏR

14 Dekabr 2025