"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub rəhbərliyi 2026-cı ilin iyununa qədər müqaviləsi olan portuqaliyalı məşqçi ilə yola davam etmək istəmir.
Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.