Braziliya millisinin və İspaniya təmsilçisi "Real"ın futbolçusu Rodriqonu transfer etmək istəyən daha bir klub bəlli olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun xidmətində İngiltərənin "Çelsi" kollektivi maraqlıdır.
Tərəflər arasında rəsmi danışıqlar olmasa da, "zadəganlar"ın rəhbərliyi futbolçunun meneceri ilə müəyyən söhbətlər aparıblar.
Qeyd edək ki, Rodriqo daha əvvəl Premyer Liqa təmsilçiləri - "Arsenal" və "Mançeter Siti"nin maraq dairəsinə düşüb. O, bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.