• Bakı 16° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Məşhur basketbolçu klubunu dəyişə bilər

İDMAN

19 Iyun 2025 | 09:41

Məşhur basketbolçu klubunu dəyişə bilər

ABŞ təmsilçisi "Finiks"də çıxış edən məşhur basketbolçu Kevin Durant klubunu dəyişə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Evan Sayder məlumat yayıb.

"Memfis" 36 yaşlı oyunçunu heyətinə cəlb etmək istəyir.

Təcrübəli idmançı ilə "Minnesota", "Toronto" və "Hyuston" da maraqlanır.

Qeyd edək ki, Kevin Durant Milli Basketbol Assosiasiyasında (NBA) 2024/2025 mövsümünün müntəzəm çempionatında 62 oyunda orta hesabla 26,6 xal toplayıb. O, 2012, 2016, 2020 və 2024-cü illərdə ABŞ millisi ilə olimpiya çempionu olub.


SON XƏBƏRLƏR

14 Noyabr 2025