• Bakı 27° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Sabah"ın Konfrans Liqasındakı oyunlarının vaxtı bəlli oldu

İDMAN

18 Iyul 2025 | 22:00

Sabahın Konfrans Liqasındakı oyunlarının vaxtı bəlli oldu

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunlarının başlama saatları və hakimləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qal Leiboviçə Omer Barbiro və Yossi Babayoff yan xətt, Dekel Zino dördüncü hakim qismində yardımçı olacaq.

İyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") baş tutacaq cavab görüşü isə saat 20:00-da start götürəcək. Serbiyalı baş hakim Danilo Nikoliçə Milan Şutuloviç və İvan Mikalaçki yan xətt hakimləri, İvan Stamenkoviç isə dördüncü hakim kimi kömək edəcək.


SON XƏBƏRLƏR

18 Iyul 2025