• Bakı 26° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

“Bavariya” 11-ci dəfə futbol üzrə Almaniya Superkubokunu qazanıb

İDMAN

17 Avqust 2025 | 10:12

“Bavariya” 11-ci dəfə futbol üzrə Almaniya Superkubokunu qazanıb

Almaniyanın futbol üzrə Superkubok matçında "Bavariya" "Ştutqart"ı 2:1 hesabı ilə məğlub edərək kuboku qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma "Ştutqart Arena"da keçirilib və oyunu baş hakim Harm Osmersin rəhbərliyi ilə hakimlər qrupu idarə edib.

Matçın 18-ci dəqiqəsində Harri Keyn fərqlənərək, münhenliləri hesabda irəli çıxarıb. "Bavariya"nın ikinci qolunu 77-ci dəqiqədə Luis Dias vurub. "Ştutqart"ın heyətində 90+4-cü dəqiqədə Ceymi Levelinq qola imza atıb.

“Ştutqart” ötən mövsüm Almaniya Kubokunu qazanıb. Yarışın finalında “Arminiya”ya 4-2 hesabı ilə qalib gəliblər. 2024/2025 mövsümündə "Bavariya" Almaniya çempionu olub. Bundesliqanın 34 turunda Vinsent Kompaninin komandası 82 xal toplayıb və ən yaxın rəqibi “Bayer”i 13 xal qabaqlayıb.

Yeni Bundesliqanın ilk turunda “Bavariya” avqustun 22-də evdə “Leypsiq”lə, “Ştutqart” isə avqustun 23-də səfərdə “Union”la qarşılaşacaq.


SON XƏBƏRLƏR

16 Avqust 2025