Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin 1 ədəd pəncərə çərçivəsi və sahəsi 80 m² olan ikimərtəbəli 3 otaqlı evin 2 ədəd pəncərə çərçivəsi, 1 otağın tavanı 6 m² sahədə, 1 ədəd kondisionerin mühərrik hissəsi yanıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.