• Bakı 19° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub

HADİSƏ

15 Sentyabr 2025 | 13:31

Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub

Azərbaycan sərhədini qanunsuz keçən Əfqanıstan vətəndaşlarına hökm oxunub.

Bakıvaxtı.az nxəbər verir ki, Əfqanıstan vətəndaşları 2000-c il təvəllüdlü M. R və 2006-cı il təvəllüdlü S. A Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək İrandan Astara rayonu vasitəsilə Azərbaycana keçiblər. 

Onlar Astara rayonundan Bakıya oradan Gürcüstana qanunsuz keçmək üçün Balakən rayonuna gediblər.

Balakən rayon ərazisindən Gürcüstana keçməyə cəhd edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki Əfqanıstan vətəndaşına Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz pozma) maddəsi ilə ittiham verilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə hər iki Əfqanıstan vətəndaşı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  


SON XƏBƏRLƏR