• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Türkiyə MN: Azərbaycanla bir yumruq kimi qalmağa davam edəcəyik

SİYASƏT

15 Sentyabr 2025 | 11:00

Türkiyə MN: Azərbaycanla bir yumruq kimi qalmağa davam edəcəyik

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.

"Bakı şəhərinin düşmən işğalından azad edilməsinin 107-ci ildönümü mübarək olsun. Nuru Paşanı və onun komandanlığı altındakı Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnətdarlıq və ehtiramla yad edir, Azərbaycan türkü qardaşlarımızı bu xüsusi gün münasibətilə səmimiyyətlə təbrik edirik", - deyə paylaşımda qeyd olunub.

Vurğulanıb ki, Türkiyə 107 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanla bir ürək, bir yumruq kimi qalmağa davam edəcək.

 


SON XƏBƏRLƏR

14 Sentyabr 2025