Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü ən səmimi duyğularımızla təbrik edirik.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) rəsmi "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.
Paylaşımda Qafqaz İslam Ordusunun qəhrəman komandirlərini və igid əsgərlərini rəhmət və şükranla yad edildiyi vurğulanıb.
"Türkiyə ilə Azərbaycan "bir millət, iki dövlət" olaraq daim çiyin-çiyinə addımlamağa davam edəcəkdir".