Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.
Bakıvaxtı.az xatırladır ki, onun ittiham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Belə ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Ramiz Mehdiyevin həbsi və ittiham olunduğu maddələr istintaqın genişlənəcəyini, başqa şəxslərin də həbsi ehtimalını gündəmə gətirib.
AĞ Partiya sədri Tural Abbaslı Bakıvaxtı.az-a deyib ki, Ramiz Mehdiyev barəsində ittihamlar çox ciddi məsələdir.
Onun sözlərinə görə, R.Mehdiyev uzun dövlət idarəçiliyinin ən başında duran adamlardan olub:
"Hətta xeyli müddətdir vəzifə başında olmasa belə onun əvvəlki dönəmlərdə mühüm postlara yerləşdirdiyi kadrlar hələ də vəzifədədirlər. Mən əminəm ki, həmin kadrlar hələ də Mehdiyevə sadiqdirlər. Yəqin ki, "ağsaqqal" kimi onunla məshələtləşir, "siyasi rəhbər" kimi onunla hesablaşırdılar. Ona görə də Ramiz Mehdiyevi 87 yaşlı zəif qoca, gücsüz fiqur kimi dəyərləndirmək dorğu deyil. Ramiz Mehdiyev nə qədər yaşlı olsa da, vəzifədən getsə də, zamanında dövlətin kapilyar damarlarınadək yerləşdirdiyi kadrlar sayəsində istənilən an dövlətə təhdid yarada bilər. 87 yaş onu cəzadan xilas etməməlidir”.
Tural Abbaslı: Ramiz Mehdiyevi 87 yaşlı zəif qoca, gücsüz fiqur kimi dəyərləndirmək dorğu deyil
Müsahibimiz qeyd edib ki, kifayət qədər ciddi ittihamlardır. Dediyinə görə, söhbət korrupsiyada, qara pulların yuyulmasından getmir, bu maddəni ölkədə aşağı-yuxarı 60-70 faiz məmurların hamısına adi etmək olar:
“Amma hakimiyyəti ələ keçirmə, dövlətə xəyanət ittihamları çox ağırdır. Görünür, yetərli dəlil-sübut var ki, məhkəmə qərarı ilə cinayət işi açılıb. Kimsə deyə bilər ki, yaşlı insandı, bəlkə bu gün-sabah dünyasını dəyişəcək. Ömrü Allah verir. Üstəlik dövlətin cəzalandırma mexanizmi hər kəsə şamil olunmalıdır".
Aydın Baxış