• Bakı 18° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Daha kimlər həbs olunacaq? Fəzail Ağamalı adları bilir, amma...

SİYASƏT

15 Oktyabr 2025 | 12:54

Daha kimlər həbs olunacaq? Fəzail Ağamalı adları bilir, amma...

“Ramiz Mehdiyev uzun illər boyu Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərib”.

Bunu Bakıvaxtı.az-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən danışarkən deyib.

F.Ağamalı qeyd edib ki, sonluqdur, həqiqət zəfər çalır:

“Uzun illər boyu öz şəbəkəsi ilə Azərbaycanın milli və dövlət maraqlarına zidd hərəkət edən, dövlətçilik maraqlarına mənfi rol oynayan, Rusiya xüsusi xidmət orqanları ilə birlikdə Azərbaycan dövlətçiliyini ələ keçirməyə çalışan, Azərbaycanı Rusiya anklavına çevirməyə çalışan Mehdiyev və şəbəkəsi nəhayət layiqli cavablarını almaq üçün yekun addımlar atılır”.

Müsahibimiz hüquq-mühafizə orqanlarının bu prosesi obyektiv şəkildə aparacağına inandığını da vurğulayıb:

“Tamamilə əminəm ki, hüquq-mühafizə orqanları cinayət işini obyektiv aparacaq. Mehdiyevin törətdiyi bütün cinayət əməllərinin cinayət işi dolğun gedəcək”.

O, həbs edilməli olan bəzi şəxslərin adlarını bildiyini, lakin istintaqın gedişinə təsir göstərmək istəmədiyini qeyd edib:

“Bəzi şəxslər də həbs edilməlidir. İstintaq bunu qadağa edir, mən istintaqın gedişinə təsir etmək istəmirəm. Əminəm ki, mən bildiklərimi Dövlət Təhlükəsizliyi Xidməti də bilir”.

Sonda sabiq deputat bildirib ki, bu məsələdə artıq heç kim toxunulmaz deyil:

“Burada artıq istisna olmalı deyil. Kim Ramiz Mehdiyevin xain əməlləri içində yer alıbsa, hamı layiqli cavabını alacaq”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Oktyabr 2025