• Bakı 18° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Ərazi vahidlərinə ad verilərkən bunlar nəzərə alınacaq - Prezident təsdiqlədi

SİYASƏT

15 Oktyabr 2025 | 13:37

Ərazi vahidlərinə ad verilərkən bunlar nəzərə alınacaq - Prezident təsdiqlədi

Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna edilən dəyişikliyi təsdiqləyib.

Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, qanunun təsdiqlənməsinə qədər prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi.


SON XƏBƏRLƏR