Yaponiya və Çindən sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz alıcısı olan Cənubi Koreya 2025-ci ilin sentyabrında LNG idxalını 17% artıraraq 3,91 milyon tona çatdırıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ölkənin gömrük xidməti məlumat yayıb.
Məlumata görə, ölkə üçüncü rüb ərzində bu yanacağın idxalını müqayisə edilə bilən sürətlə artırıb.
İlk 9 ayda idxal 35,36 milyon tona çatıb ki, bu da ötən ilin göstəricisindən (34 milyon ton) 4% çoxdur.
Gülşən Şərif