• Bakı C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA

CƏMİYYƏT

19 Yanvar 2026 | 14:55

Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA

Son illərdə Bakıda kirayə mənzillərin qiymətində kəskin artım müşahidə olunur. Bu tendensiya xüsusilə tələbələr, gənc ailələr və aşağı gəlirli təbəqələr üçün ciddi sosial problemə çevrilib.

Mövcud sosial mənzil layihələri müəyyən dərəcədə tələbi qarşılasa da, bazarın dinamik artım tempini tam əhatə edə bilmir. Nəticədə kirayə mənzil bazarında həm qiymət sabitliyinin təmin edilməsi, həm də ədalətli əlçatanlığın qorunması üçün dövlət və özəl sektor tərəfindən müxtəlif tənzimləmə mexanizmlərinin tətbiqi zərurətə çevrilir.

Bu istiqamətdə həm maliyyə alətləri, həm də hüquqi və inzibati mexanizmlərdən istifadə edilərək bazarın sabitliyinə nail olmaq mümkündür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hal-hazırda Bakı şəhərində kirayə mənzillərə ən yüksək tələbat müşahidə olunur: 

"Burada kirayədə qalanların böyük əksəriyyəti tələbələrdir. Yataqxana sayı minimaldır, tələbə sayı isə maksimuma çatıb. Əvvəllər yataqxanalarda məcburi köçkünlər yaşamış, bəzi binalar isə qəzalı vəziyyətə düşmüşdü; onlar təmir edilə bilər".

Elnur Fərzəliyev: 2040-cı ilə qədər bir çox köhnə binalar söküləcək

Onun sözlərinə görə, Avropa ölkələrində tətbiq olunan “bələdiyyə evləri” modeli də burada yararlı ola bilər:

"Həmin binalarda yalnız bələdiyyə ərazisində yaşayan sakinlər məskunlaşır və kasıb ailələr bələdiyyəyə müraciət edərək mənzil xərclərini ödəyə bilirlər. Sovet dövründə fəaliyyət göstərmiş ailəvi yataqxana modeli də bərpa edilə bilər, bu isə sosial stabilləşməyə töhfə verə bilər".

Həmsöhbətimiz onu da qeyd edib ki, mənzillərin kirayə qiyməti satış qiymətinin təxminən 0,5%-i səviyyəsindədir və mənzillər bahalaşdıqca kirayə qiymətləri də artır: 

"2040-cı ilə qədər bir çox köhnə binalar söküləcək, onların yerində yeni mənzillər tikiləcək ki, bu da kirayə qiymətlərinin təxminən iki dəfə artmasına səbəb olacaq. Dövlət nəzarəti olmadıqda isə qiymət artımı daha kəskin ola bilər".

Əli Hüseynov


SON XƏBƏRLƏR