“Rusiyanın Cənubi Qafqazda əsas iştirakı Ermənistan üzərindəndir. Moskva bölgədə öz maraqlarını Ermənista üzərindən həyata keçirməyə çalışır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Polad Mehdiyev açıqlamasında deyib.
Ekspert vurğulayıb ki, post-münaqişə dövründə Cənubi Qafqazda yeni reallıq formalaşıb. Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfindən istiqamətləri müəyyən edilən sülh dövrünə və Zəngəzur dəhlizi vasitəsi ilə regionun nəqliyyat imkanlarının yeni mərhələyə keçidi gündəmdədir. Bu baxımdan Zəngəzur dəhlizinin beynəlxalq hüququn tələblərinə uyğun şəkildə fəaliyyətə başlaması olduqca vacibdir.
Müsahibimiz qeyd edib ki, belə bir mərhələdə Rusiyanın regiona təsir imkanları məhdudlaşır:
“Kreml müxtəlif alətlər vasitəsi ilə həmin Zəngəzur dəhlizində iştirakını vurğulayır. Məhz dəhliz üzərindən İrəvana təzyiq göstərməyə çalışır. Mosvkva ilə anlaşmaya görə, Ermənisan dəmiryolları 30 il ərzində Rusiya Dəmir Yollarının istifadəsinə verilib. Mülkiyyət Ermənistan dövlətində qalsa da, faktiki olaraq istifadəsi Rusiyadadır”.

Polad Mehdiyev: Zəngəzur dəhlizinin beynəlxalq hüququn tələblərinə uyğun fəaliyyətə başlaması vacibdir
Politoloqa görə, Kremlin iddiası ondan ibarətdir ki, Zəngəzur dəhlizi, yəni Ermənistandan keçəcək 43 km.lik dəmir yol xəttinin çəkilişində Rusiya da mütləq iştirak etsin:
“Ancaq İrəvan öz arqumentləri ilə Rusiyanın istəyini neytrallaşdırır. Ermənistanın arqumenti odur ki, Rusiya ilə memorandum imzalananda orada yeni çəkiləcək 43 km.lik yol nəzərdə tutulmayıb”.
Aydın Baxış
Bakı 




