Argentina millisinin futbolçusu Lionel Messi futbol tarixində yeni rekorda imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı hücumçu buna Puerto Riko yığmasına qalib gəldikləri yoldaşlıq matçında iki məhsuldar ötürmə verməklə nail olub.
Komandadakı assistlərinin sayını 60-a çatdıran ulduz forvard millilərdə bunu ən çox bacaran oyunçu adına sahib çıxıb.
Braziliyalı Neymar və ABŞ-dən olan Lendon Donovan (hər ikisi 58 assist) növbəti sıralarda qərarlaşıblar.
Qeyd edək ki, Argentina Pueto Rikonu 6 cavabsız qolla üstələyib.