"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa zədələnib.
Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu Kamerun millisinin 0düşərgəsində zədələnib. Məlumata görə, yarımmüdafiəçi yığmanın məşqi zamanı əzələ zədəsi alıb. Sözügedən məşqin gərgin keçdiyi və həmin gün hücumçu Erik-Maksim Şupo-Motinq də zədələndiyi bildirilir.
İlkin ehtimallara görə, o, Kamerunun Konqo ilə DÇ-2026-nın seçmə mərhələsindəki oyununda iştirak etməyəcək. Yarımmüdafiəçinin durumu “Napoli” üçün də ciddi narahatlıq doğurur. Mövcud vəziyyətə əsasən, Anqissanın noyabrın 22-də “Atalanta”ya qarşı keçiriləcək A Seriyası matçını da buraxma ehtimalı yüksəkdir.
Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Komandalar arasındakı qarşılaşma noyabrın 26-da (Bakı vaxtı ilə 00:00-da) İtaliyada baş tutacaq.
Daha öncə "Napoli"nin daha bir ulduz oyunçusu Kevin De Bruyne zədələnib.
Bakı 



