• Bakı 18° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Azərbaycanda general vəzifəsindən azad edildi - FOTO

CƏMİYYƏT

15 Oktyabr 2025 | 12:25

Azərbaycanda general vəzifəsindən azad edildi - FOTO

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifədən azad olunub.

Bakıvaxtı.az bakupost.az-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxarılıb.

İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi


SON XƏBƏRLƏR

14 Oktyabr 2025