• Bakı 15° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb

CƏMİYYƏT

14 Noyabr 2025 | 10:33

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, saxlanılan şəxsdən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

13 Noyabr 2025