• Bakı C

    13.31 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Heydər Əliyev İzmirdə da anıldı - FOTOLAR

CƏMİYYƏT

13 Dekabr 2025 | 20:53

Heydər Əliyev İzmirdə da anıldı - FOTOLAR

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanla yanaşı dünyanın əksər ölkələrində də tədbirlər kileçirilib.

Bakıvaxtı.az xəbər verir ki, belə tədbirlərdən biri də qardaş Türkiyənin İzmir şəhərində təşkil olunub. Ulu öndər ikigünlük anım proqramı ilə hörmət, rəhmət və minnətdarlıqla yad edilii.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən birgə təşkil olunan tədbirlər geniş iştirak və duyğulu anlara səhnə olub.

Anım proqramının ilk günü İzmirin Karşıyaka rayonunda yerləşən Heydər Əliyev Parkında keçirilib. Parkdakı Heydər Əliyev büstünə çələng və gül dəstələri qoyulub, ardından Karşıyaka Bando Takımı müşayiəti ilə sayğı duruşu edilii; həm Türkiyə, həm də Azərbaycanın milli marşları səsləndirilb.

Bu mərasimdə Karşıyaka Bələdiyyəsinin dəstəyi də önəmli rol oynayb. Bələdiyyənin təmin etdiyi texniki imkanlar, məkanın təşkili və logistika dəstəyi sayəsində tədbir yüksək səviyyədə və nizam-intizamla keçirilib. Rəsmi şəxslər, Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə Heydər Əliyevin anım mərasiminin daha böyük və təşkilatlı şəkildə həyata keçirildiyini bildiribkər.

Tədbirə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, QHT nümayəndələri, siyasi partiya rəhbərləri, akademiklər və çox sayda vətəndaş qatılıb. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğu və Azərbaycan–Türkiyə dostluğunu strateji dövlət siyasətinə çevirdiyi vurğulanıb.

Anım proqramının ikinci günü isə Heydər Əliyevin ruhuna duaların oxunduğu və ehsan süfrəsinin təşkil olunduğu mənəvi bir mühitdə keçirilib. Bu mərasimdə Heydər Əliyevin siyasi mirası, dövlət adamlığı və Türk dünyasına qoyduğu dəyərli töhfələr barədə geniş çıxışlar edilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Başkan Yardımcısı Pərviz Məmmədzadə Heydər Əliyevin böyük siyasətçi və güclü dövlət xadimi olduğunu qeyd edərək müasir və müstəqil Azərbaycanın əsaslarının onun rəhbərliyi ilə qoyulduğunu vurğulayb.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başkanı Əşrəf Tuna bu gün Azərbaycanın bölgədə söz sahibi dövlətə çevrilməsində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd edb.

Bilkent Universiteti müəllimi və Azərbaycanlı Alimlər Dərnəyi Başkanı Prof. Dr. Əmrullah Məmmədov Heydər Əliyev ilə bağlı xatirələrini paylaşaraq onun Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada sərgilədiyi möhkəm və qətiyyətli mövqeyi danışıb. Məmmədov həmçinin 1970-ci illərdə Türkiyənin çətin dövründə Heydər Əliyevin verdiyi siyasi və diplomatik dəstəyə diqqət çəkdi.

Dokuz Eylul Universiteti müəllimi Prof. Dr. Gülmira Kuroğlu, Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün yol göstərən bir lider olduğunu vurğulayaraq, bu günkü Azərbaycanın siyasi və institusional əsaslarının onun vizyonu sayəsində formalaşdığını bildirib.

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Başkanı Qaffar Hangül isə çıxışında Heydər Əliyevin Azərbaycanı güclü dövlətə çevirən lider olduğunu qeyd edib. Hangül, Əliyevin Türkiyə–Azərbaycan həmrəyliyini sözlə deyil, dövlət siyasəti səviyyəsinə gətirdiyini vurğulayıb və bu mirasın qorunmasının, gələcək nəsillərə ötürülməsinin hər kəsin ortaq məsuliyyəti olduğunu deyib.

Prof. Dr. İskender Askeroğlu isə Heydər Əliyevin böyük həvəslə dinlədiyi şair Bəxtiyar Vahabzadənin bir şeirini səsləndirərək mərasimə ədəbi və duyğulu bir məna qatıb.

Hər iki gün keçirilən mərasimlərin aparıcılığı, həm Azərbaycanda, həm də Türkiyədə tanınan sənətçi Roza İbadova Kocamaz tərəfindən həyata keçirilib. Kocamaz, hər iki tədbirdə  Heydər Əliyevin sevdiyi Azərbaycan şeirlərini səsləndirərək iştirakçılara duyğulu anlar yaşadıb.

Tədbirin sonunda Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və Azərbaycan dövlətinə qazandırdıqlarını əks etdirən sinevizyon nümayişi keçirilib. Daha sonra mərhum liderin çox sevdiyi “Küçələrə su sərpmışam” adlı əsər iştirakçılar tərəfindən birgə səsləndirilib.

İzmirdə keçirilən bu iki günlük anım proqramı, Heydər Əliyevin fikir və dövlət anlayışının, həmçinin Azərbaycan–Türkiyə həmrəyliyinə verdiyi strateji töhfənin keçən illərə baxmayaraq canlılığını qoruduğunu bir daha göstərdi.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR