• Bakı 15° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

CƏMİYYƏT

14 Noyabr 2025 | 11:20

Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət sirrini yaymaqda təqsirləndirilən Vüsal Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxış iclası noyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Vüsal Allahverdiyevə Cinayət Məcəlləsinin 284.1-ci (Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda) maddəsi ilə yekun ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

13 Noyabr 2025